Suriyada 5 milyon avroluq Quran kitabı hazırlanıb

Suriyada 5 milyon avroluq Quran kitabı hazırlanıb

Suriya sakini, altmış yaşlı iş adamı Məhəmməd Mahir Hadri saplarla Quranın bütün mətnini tikib.

Hadri bu işə 2000-ci ildən başlayıb və fasiləsiz olaraq 14 il məşğul olub. Suriyalının yaratdığı bu möhtəşəm əsər hazırda dünyada ilk dəfə panno texnikası ilə ərsəyə gətirilən kitab olmaqla Ginnesin rekordlar kitabına düşə bilər.

Kitabın ilk səhifəsinə 2 ay vaxt sərf edilib. Bütün işlər adi tikiş maşını ilə görülüb.

İncəsənət əsəri 200 kiloqram olmaqla 5 milyon avro dəyərində qiymətləndirilir. Quran 12 cild və 426 səhifədən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə