Yanukoviç Moskvaətrafı elit qəsəbədə iqamətgah alıb FOTO

Yanukoviç Moskvaətrafı elit qəsəbədə iqamətgah alıb FOTO

"Viktor Yanukoviç Mejiqoryadakı villasını əvəz edəcək yeni iqamətgahalıb". SİA-nın məlumarına görə, bu barədə Rusiyanın "Sobesednik" nəşri xəbər verir. Nəşr qeyd edir ki, Yanukoviçin 52 milyon ABŞ dollarına aldığı iqamətgahı "Mayendorf Bağları" ("Сады Майендорф") adlı elit qəsəbədə yerləşir. Qeyd olunur ki, Yanukoviçin iqamətgahı Rusiya Federasiyası İşlər idarəsinə məxsus Barvixa sanatoriyasından bir kilometrlik məsafədə yerləşir.

Nəşr daha bir ilginc fakta toxunaraq yazır ki, o sözügedən iqamətgahı Rostov-Dondakı mətbuat konfransının keçirilməsinə iki gün qalmış əldə edib: "Axşamlar cığırlarda gəzir və özünü evindəki kimi hiss edir. Onun rəfiqəsini isə tez-tez Roblyovo-Uspensk şossesində yerləşən "Dream House" ticarət mərkəzində və marketlərdə görmək mümkündür. Bu həmin qadındır ki, Mejiqoryadan balaca iti ilə vertolyota minərkən kameralara düşmüşdü"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə