Qadınlar ailə qurduqdan sonra kökəlirlər. SİA-nın xəbərinə görə, Avstraliyanın Adelaide şəhərində yerləşən Flinders Universitetinin alimləri bu qənaətə gəliblər.
350 yeni evlənən cütlük arasında aparılan araşdırma nəticəsində məlum olub ki, qadın ailə qurduqdan sonra ilk yarım ildə orta hesabla 2.1 kq çəki alır.
Toy ərəfəsində qızların əksəriyyəti stress və ya pəhriz saxlamaqla arıqlayırlar. Əsas məqsəd isə gəlinlik paltarında və çəkilən şəkillərdə gözəl görünmək olur. Alimlərin fikrincə, bu mərhələləri keçən xanımlarda rahatlıq yarandığından və arıq qalmaq üçün zərurət olmadığından, onlarda kökəlmə prosesi getməyə başlayır.
Alimlərin hesablamalarına görə, toy qabağı arıqlayan xanımlar toydan sonra orta hesabla 3.2 kq kökəlirlər. Mütəxəssislərin fikrinə görə, toy qabağı qohumların təkidi nəticəsində arıqlayan xanımlar toydan sonra daha çox kökəlirlər. Belə ki, bu tip xanımlar toydan sonra orta hesabla 4.5 kq əlavə çəki alırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB