Mobil telefon əsgərin həyatını qurtardı

Mobil telefon əsgərin həyatını qurtardı

Nə vaxtsa mobil telefonun zireh əvəzinə insan həyatı qurtardığını eşitmisiniz? Çox maraqlı olsa belə, bu hadisə real həyatda yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İPhone 5S Əfqanıstanda xidmət edən bir amerikan əsgərin həyatını qurtaran zireh rolunu oynayıb.

Baş çavuş Şaun Frank Əfqanıstanda xidmət edərkən kamikadze bombanın pimini çəkir və şarampul parçasının böyük bir hissəsi ona dəyir. Ancaq bu qədər şiddətli partlayışdan sonra Frank təsadüf nəticəsində sağ qalır. Çünki, ona dəyən bomba parçasının əsas hissəsi üzərində olan İPhone 5S-ə dəyir. Beləliklə, Frankın həyatını mobil telefon qurtarır.

Bu hadisədən sonra Frank həmin İPhone 5S-i müharibə xatirəsi olaraq evinə göndərir. Ancaq telefon təmir edilməyəcək dərəcədə zədələnmişdi. Buna baxmayaraq, "Apple" şirkəti zədələnmiş İPhone 5S-in əvəzinə, Franka yeni İPhone 5S hədiyyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə