Avropa Kosmik Agentliyinin (AKA) tədqiqatçıları ilk dəfə olaraq Venerada "Qloriya" adlanan nadir optik hadisənin - Günəş işığının atmosferdə sınması nəticəsində yaranan, göy qurşağını xatırladan dairələrin fotoşəklini çəkiblər.
AKA-nın məlumatına görə, kamera ilə Yerdən kənarda fotoşəkli çəkilmiş bu ilk qloriya Venera atmosferinin kimyəvi tərkibini daha yaxşı öyrənməyə kömək edə bilər.
Alimlər ehtimal edirlər ki, Yer atmosferi üçün səciyyəvi olan su kondensatı əvəzinə Venera atmosferində sulfat turşusu və hələlik dəqiq bilinməyən daha bir komponent var.
Parlaq işıq mənbəyinin ətrafında göy qurşağını xatırladan konsentrik dairələrin fotoşəkli AKA-nın Venera ilə Günəş arasında yerləşən aparatı vasitəsilə çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB