Müsəlmanlar üçün də teleskop

Səudiyyə Ərəbistanı və Böyük Britaniyanın fiziklər qrupu yeni Ayın çıxması vaxtını müəyyənləşdirmək üçün radioteleskop hazırlayıblar.

Alimlərin sözlərinə görə, radioteleskop müxtəlif müsəlman ölkələrinin təqvimlərini pis hava şəraitində sinxronlaşdırmağa imkan verəcək. Qurğu haqqında məlumatlar "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc edilib.

Diametri 3,7 metr təşkil edən teleskop 1-100 QHs diapazonunda işləyir. Bununla yanaşı, aparılan sınaqlardan məlum olub ki, 10 QHs ən optimal diapazondur. Bu diapazonda atmosferin korlanması şəraitində maksimal kontrastlığa nail olunur. Sınaqlar göstərir ki, teleskop Günəşdən bucaq məsafəsi iki dərəcəni ötməyən Ayı müşahidə etməyə imkan verir.

İslam təqvimində ayın ilk günü Ayın çıxması günü hesab edilir. Ayın ilk günü onun hilal formasında olması ilə başlayır. Təqvimin əsaslandığı Ayın günlərini astronomik proqramlar vasitəsilə dəqiqliklə hesablamaq mümkündür.

Teleskop yaradıcıları güman edirlər ki, qurğu Ayı bilavasitə görməkdə çətinlik yarananda yardımçı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə