Paris 32,3 milyon turistlə rekordunu yenilədi

Paris 32,3 milyon turistlə rekordunu yenilədi

2013-cü ildə Parisə 32,3 milyon turist səyahət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Fransanın paytaxtı dünya şəhərləri arasında ən çox turist cəlb edən şəhər kimi rekordunu yeniləyib. Parisin Mərkəzi Turizm Aganetliyinin hesabatına əsasən, ötən il Parisə gələn xarici turistlərin sayı əvvəlki ilə nisbətdə 8% artıb.

Parisi ən çox ziyarət edən xarici turistlər arasında ilk yerləri ingilislər, amerikanlar, almanlar , italyanlar və çinli turistlər tutub. Belə ki, 2013-cü ildə Fransanın paytaxtına səyahət edənlərin 2,1 milyonunu ingilislər təşkil edərək ilk sırada yer tutublar. Əvvəlki ilə nisbətdə çinli turistlərin sayının 52% artdığı qeyd olunana hesabata əsasən, 2013-cü ildə bu şəhəri 881 min çinli turist ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə