SİA "facebook"a qadağa qoymuş ölkələrin siyahısını təqdim edir.
Banqladeş - ölkənin ən qabaqcıl partiyalarından olan Avami Ligi "Facebok"u 30 may 2010-cu ildə qadağan edib. Səbəb isə dinsizliyin təşviqatıdır. Lakin bu qadağa uzun çəkməyib və bir necə aydan sonra sosial şəbəkəyə giriş açılıb.
Çin - 2009-cu ildə ölkədə baş verən ixtişaşlarda əsas xəbərləşmə vasitəsi olan "Facebook"a giriş qadağan olunub. 2013-cü ilin avqusta ayında bu şəbəkəyə giriş qismən bərpa edilib.
Misir - bu ölkədə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında "Facebook" böyük rol oynayıb. Nəticədə 2010-cu ildə "Facebook"a giriş məhdudlaşdırılıb. Tam məhdudiyyət qısa sürsə də, 2010-2012-ci illərdə sosial şəbəkəyə giriş 86 dəfə kəsilib.
Şimali Koreya - "Facebook", "Twitter" və "Youtube" kimi bütün saytlar bağlıdır. Açılma ehtimalı isə çox aşağıdır.
İran - 2009-cu ildəki prezident seçkisindən sonra ölkədə müxalifətin birləşməsi məsələsini əsas götürərək "Facebook"a giriş bağlanıb. Daha sonra "Twitter" bağlanıb. 2013-cü ilin sentyabrında isə hər iki sayta girişə icazə verilib.
Mərakeş - Kral 6-cı Məhəmməd adına yaradılan saxta səhifələrə görə tez-tez sosial şəbəkəyə girişdə çətinliklər yaranır. Xüsusilə 2009/2013-cü illər ərzində məhdudiyyətlər tez-tez yaşansa da, uzunmüddətli olmayıb.
Suriya - bu ölkədə "Facebook"a yasaq ilk olaraq 2007-ci ildə tədbiq edilib. Saytın fəaliyyəti dövlətə qarşı mesajlar yayımlandığı üçün məhdudlaşıdırılıb.
Qeyd edək ki, "Facebook" sosial şəbəkəsinin aylıq milyonlarla fəal istifadəçisi var. Hər il bu rəqəmdə ən azı 3 faizlik artım olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB