Böyük Britaniyanın səhiyyə sistemində ürək döyüntüsü, tənəffüs ritmi və bədənin hərarətini izləyəcək "ağıllı plastır"lardan istifadə ediləcək.
Plastır toplanılmış məlumatları tibb bacılarına Wi-Fi vasitəsilə hər iki dəqiqədən bir kompyuterlərə və mobil telefonlara ötürəcək. Əgər xəstənin səhhətində müəyyən bir problem yaranarsa plastır vasitəsilə həkimlərə həyəcan siqnalı göndəriləcək.
Plastır yaxın vaxtlarda Britaniyanın 10 dövlət klinikasında sınaqdan keçiriləcək. Sınaqlar xəstələrin çoxluq təşkil etdiyi xəstəxanalarda aparılacaq.
Böyük Britaniyada hər il 6 min pasiyent onlara lazımi səviyyədə nəzarət edilmədiyi üçün dünyasını dəyişir. "Ağıllı plastır"lardan istifadə il ərzində yüzlərlə insanın həyatını xilas edə bilər. Həmçinin bu səhiyyə sisteminin hər il 837 milyon dollar məbləğində vəsaitə qənaət edəcəyi deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB