Qadınlar daha çox hansı peşə sahiblərinə maraq göstərirlər? SORĞU
Rusiyada Nigah Agentliyinin əməkdaşları qadın və kişilər arasında sorğu keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sorğuya əsasən hər iki cinsin daha çox hansı peşə sahiblərinə maraq göstərməsi müəyyən edilib.
Sorğunun nəticələrinə görə, kişiləri vəkil və tibb işçiləri, qadınları isə həkim və memarlar cəlb edir. Hər iki cinsin seçiminə görə, qarşı tərəf müstəqil olmalı, gəlirli və maraqlı işdə çalışmalıdır.
Kişilər jurnalistlərin, həkimlərin və hüquqşünasların bu cür keyfiyyətlərə malik olduğunu düşünürlər. Onlar həmçinin dizayner, fotoqraf, marketinq və reklam işləri ilə məşğul olan qadınlara da maraq göstərirlər.
Qadınların fikirləri isə müxtəlifdir. Onları daha çox həkim və memar cəlb etsə də, yaradıcı işlərlə məşğul olan, mühəndis, rejissor, dizayner, ekoloq və sahibkarlara da maraq göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB