“Bluetooth” ilə təchiz edilmiş diş fırçası

“Bluetooth” ilə təchiz edilmiş diş fırçası

"Procter & Gamble" şirkəti mobil qurğuya qoşulmaq üçün "Bluetooth" ilə təchiz edilmiş "Oral-B" brendi altında diş fırçasını təqdim edib. Diş təmizləmək üçün qurğunun qiyməti təxminən 330 dollar təşkil edəcək və bu ilin yayında satışa çıxarılacaq.

Bundan başqa, "Oral-B" diş fırçası Barselonada keçiriləcək "2014 MWC" sərgisində nümayiş olunacaq.

Qurğunun yaradıcıları bildiriblər ki, təqdim edilmiş qurğu dişlərin təmizlənməsi prosesini real vaxt rejimində izləməyə və istifadəçiyə tövsiyələr verməyə icazə verir. "Smartfon üçün tətbiq hər bir istifadəçi üçün dişlərin təmizlənməsinin optimal modelini seçməyə icazə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə