Facebook sosial şəbəkəsi WhatsApp mobil mesaj proqramını 16 milyard dollara almaq niyyətindədir və bununla bağlı razılaşma işlərinə başlayıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Ən böyük sosial şəbəkə mobil proqrama görə 4 milyard dollar nəğd, 12 milyard dollar isə səhm şəklində ödəməyə hazır olduğunu deyib.
Həmçinin bildirilib ki, müqavilə bağlandıqdan sonra proqramın həmtəsisçisi və direktoru Kum Yanq Facebook direktorlar Şurasına qoşulacaq.
Facebook-un bəyanatında bildirilir ki, sosial şəbəkə aldığı heç bir proqramın adını dəyişmək fikrində deyil. WhatsApp-ın alınması sosial şəbəkənin tarixində ən böyük razılaşma kimi qeyd olunur. Belə ki, Facebook İnstagram sosial şəbəkəsinə cəmi 1 milyard dollar ödəmişdi.
Qeyd edək ki, WhatsApp mobil proqramından ayda 450 milyondan çox insan istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB