Kompyuter oyunları görmə qabiliyyətini artıra bilərmi?

Mütəxəssislər "hə" deyir
Kompyuter oyunları görmə qabiliyyətini artıra bilərmi?

Kompyuter oyunları görmə qabiliyyətinin yaxşılaşmasına kömək edə bilər. SİA-nın məlumatına görə, amerika alimləri iPAD üçün hazırlanan xüsusi proqramdan sonra bu qənaətə gəliblər.

Belə ki, yeni proqram görüntülər üçün yaradılıb. Proqram bu cür görüntüləri daha az çarpacaq dərəcədə göstərdiyindən insanlar onları görmək üçün daha çox diqqət yetirməklə görmə qabiliyyətini yaxşılaşdırmaq imkanı əldə edə biləcəklər.

Proqramın əhəmiyyəti ilə bağlı beysbol oyunçuları arasında sınaq aparılıb. Belə ki, proqramın istifadəsindən bir neçə həftə sonra oyunçuların görmə qabiliyyəti yoxlanılıb. Nəticədə onların görmə qabiliyyətinin normal haldan 3 dəfə artıq yaxşılaşdığı ortaya çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə