Bu günlərdə Mayamidəki Sərgi qalereyası eksponatlardan birini – Çinin dissident rəssamı Ay Veyvey tərəfindən hazırlanmış güldanı qəsdən sındırmış xuliqanın hərəkətindən ziyan çəkib.
Təxmini hesablamalara görə, güldanın dəyəri 1 milyon dollara yaxın olub. Rəssam etiraf edib ki, bu hərəkəti ilə yerli rəssamların qalereyada öz işlərini nümayiş etdirməsinə icazə verilməməsinə qarşı etirazını bildirib.
Bi-Bi-Si xəbər verir ki, onun məhv etdiyi güldan sərgi salonunun döşəməsindəki kompozisiyanın bir hissəsi olub. Onun arxasında divardan asılmış fotoşəkillərdə isə güldanları döşəməyə çırpıb sındıran Ay Veyveyin özü əks olunmuşdu.
Hazırda cinayətkar polis tərəfindən saxlanılıb və baş vermiş hadisə ilə bağlı ifadə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB