Yaponiyadakı heyvanxanalardan birində baş vermiş "məhəbbət əhvalatı" YouTube videohostinqində izləyicilərin böyük marağına səbəb olub.
"Sakura" adlı dişi pinqivin heyvanxananın ona qulluq edən xidmətçisinə "vurulub". Dişi pinqivin bu xidmətçidən bir addım olsun belə aralanmır.
Heyvanxanadan bildirildiyinə görə, "Sakura"nın erkək tayı bu yaxınlarda həlak olub. Bundan sonra özünə yeni yoldaş axtaran dişi pinqivin nəyəsə görə seçimini insan üzərində saxlayıb. Heyvanxana əməkdaşları zarafatla bildirirlər ki, aralarında 30 yaş fərqi belə dişi pinqivinə bu seçimində mane olmayıb.
Heyvanxananın "Sakura"nın "vurulduğu" əməkdaşı isə pinqivin tərəfindən belə diqqətin onu ancaq sevindirdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB