3600 illik mumiya

İspaniya arxeoloqları Misirin cənubundakı Luksor şəhərində qazıntılar aparırlar. Misir KİV-ləri xəbər verirlər ki, qazıntılar zamanı maraqlı qədim nümunələr aşkarlanıb. O cümlədən, İspaniya arxeoloqları təxmini hesablamalara görə 3600 yaşı olan mumiya aşkarlayıblar.

Misirin Qədim və Tarixi Abidələr Nazirliyinin məlumatına görə, yeni mumiya eramızdan əvvəl 1600-cü ildə fironların 17-ci sülaləsinin hakimiyyəti zamanı hazırlanıb. Qədim və tarixi abidələr üzrə nazir Məhəmməd İbrahim bildirib ki, sarkofaqda tapılmış mumiya yüksək vəzifəli məmura mənsubdur.

M.İbrahim deyib: "Sarkofaqda həmin məmurun adı yazılmışdır, lakin sarkofaq 3600 il əvvəl hazırlandığı üçün hələlik heroqlifləri oxumaq mümkün olmamışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə