İnternet istifadəçilərinə qəribə qadağa qoydular DİQQƏT

İnternet istifadəçilərinə qəribə qadağa qoydular DİQQƏT

Çində internet istifadəçilərinə təxəllüslərdən istifadə etmək qadağan olunub. Bu ölkədə internet istifadəçiləri yanlız real adları və soyadları ilə qeydiyyatdan keçməlidirlər. Belə bir qərarı Çin Xalq Respublikasının televiziya və radio idarəsi verib.

Qadağa yalnız video hostinqlərdə video yerləşdirənlərə şamil edilir. İnsanlar saytlara video yükləməzdən əvvəl qeydiyyatdan keçməli və pasport məlumatlarını yerləşdirməlidirlər.

Hökumətin bu təşəbbüsü cəmiyyət üçün təhlükəli videoların yayılmasının qarşısını almaqla əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə