Dünyanın ən hündür qülləsi haqqında MARAQLI FAKTLAR

2010-cu ilin yanvar ayında rəsmi olaraq "Burc-Xəlifə" qülləsi açılıb. Dubayda yerləşən bu göydələnin hündürlüyü 828 metrdir. Qüllə dünyanın ən hündür tikintisidir. "Burc-Xəlifə" qülləsi barəsində bir neçə maraqlı faktlar. Belə ki, qüllənin tikilməsinə 320 min kv.metr beton və 60 min tondan çox poladdan armatur sərf edilib. Qalan iki mərtəbə isə metal konstruksiyalarından inşa edilib. 160-cı mərtəbə inşa olunandan sonra beton işlərinə son qoyulur.

Binanın forması stalaqmiti xatırladır və qüllə assimetrik quruluşa malikdir. Göydələnin 162 mərtəbəsi var. Onun sahəsi 1 milyon kv. metrdən çoxdur. Qüllənin fasadları 26 min şüşə panelləri ilə təchiz ediliblər. Onların sahəsi beş futbol meydançasının sahəsinə bərabərdir. Günəş işığını əks etdirən şüşə termo panelləri binanın daxilində temperaturun azalmasını təmin edir. Bununla da, kondesionerlərdən istifadə edilməyə ehtiyac qalmır. Qüllənin şüşələrini hər gün yuyurlar. Lakin bütöv binanın yuyulmasına üç ay vaxt tələb olunur.

Binada 65 lift quraşdırılıb. Lakin qüllədə yalnız bir xidməti lift var. O, birinci mərtəbədən axırıncı mərtəbəyə qalxır. Lift ilə səyahət etmək istəyən digər sakinlər və ziyarətçilər isə mərtəbələri fasilələr ilə qalxmalı olurlar. Liftlərin kabinlərinin sürəti saniyədə 18 metrə çatır. Göydələnin liftlərlə təchiz olunmasına 36 milyon dollar pul sərf edilib.

Binanın bünövrəsində 200 ədəd asma payalardan istifadə edilib. Onların uzunluğu 45 metr, diametri isə 1,5 metr təşkil edir. Bundan savayı, layihə üçün xüsusi olaraq xüsusi beton markası düzəldilib. O, 50 dərəcəyə qədər temperatura tab gətirir. Beton qarışığını gecələr vururdular. Məhlula isə buz əlavə edirdilər. Qüllənin muxtar elektro təchizat sistemi var.

Binada sakinlər və ziyarətçilər üçün dörd meydança var. Ən hündür meydança 505 metr hündürlükdə yerləşir. Bu meydançalarda binokllər quraşdırılıb. Binoklləri obyektə çevirən kimi obyektlər haqqında qısa məlumat verilir. İnteryerin dizaynı Çikaqo şirkəti Skidmore, Owings&MerrillLLP tərəfindən işlənilib. Dizaynerlər əsasən yerli mədəniyyət ornamentlərindən və paslanmayan metallardan istifadə ediblər.

"Burc-Xəlifə"nin aşağı mərtəbələrində 160 nömrə yerləşir və onların interyeri ilə Corcio Armanı məşğul olub. Həmçinin bu qüllə ən çox mərtəbəsi olan bina kimi rekordlar qırıb. Binada dünyanın ən böyük hovuzu yerləşir. Qüllənin 143-cü mərtəbəsində ən böyük gecə klubu və 158-ci mərtəbəsində ən hündür məscid yerləşir.

Qüllənin ucaldığı zaman mətbuatda Cənubi Asiyadan olan fəhlələrin dəhşət şəraitlərdə çalışdıqları haqqında məlumatlar yayılmağa başlayır. Onların əmək haqları gecikdirilib, işə götürənlər tərəfindən şəxsiyyət vəsiqələri alınıb. Hətta işçilərin xəsarət aldığı və bir işçinin vəfat etdiyi haqqında məlumatlar da mətbuatda yer tapıb.

Qeyd edək ki, 2006-cı ilin mart ayında tikinti meydançasında insident baş verib. Təxminən 2500 işçi avtomobillərə, ofislərə, kompüterlərə və tikinti texnikalarına zərər yetiriblər. Həmin günün səhəri işləməkdən imtina edirlər və onların əmək haqları artmayana qədər və iş şəraitlərinin yaxşılaşdırılmayana qədər işləməyəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə