Dözülməz şəraitdə sağ qalmaq üçün Tailandda hər il keçirilən təlimlərdə "Gold Cobra" adlanan xüsusi təyinatlı dəstələr zəhərli ilanlarla qidalanmalı olublar. "Gold Cobra" adlanan xüsusi təyinatlı dəstələr hər il davamlı olaraq belə təlimlər keçirir. SİA-ya xarici mətbuata istinadən məlumat verir ki, bu dəfə təlimlərdə 7 ölkədən olan doqquz min əsgər iştirak edib.
Tanklarla keçən təlimdən sonra, xüsusi təyinatlı dəstənin nümayəndələri, daha çox cəsarət və dözüm tələb edən bir mərhələyə (Survival) keçid alıblar. Bu sınağın şərtlərinə görə əsgər bir neçə gün meşədə qalır. Bu mərhələnin əsas özəlliyi isə əsgərlərin qidanı özlərinin axtarıb tapmaları olub. Dözülməz şəraitdə sağ qalmaq üçün əsgərlər zəhərli ilan, həşərat və bitkilərlə qidalanmalı olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB