Çin yüksək texnologiyaların istehsalının inkişafına görə ABŞ-ı üstələyir

Çin yüksək texnologiyaların istehsalının inkişafına görə ABŞ-ı üstələyir

Ötən ilin yekunları üzrə Çin yüksək texnologiyalı istehsalın inkişafına görə təxminən ABŞ-ın səviyyəsinə çatıb. SİA- nın bu barədə məlumatına görə, ABŞ Milli Elmi Fondunun (National Science Foundation, NSF) "Science and Engineering Indicators" hesabatında deyilir. 2003-2012-ci illərdə Çində yüksək texnologiyalı istehsalın həcmi altı dəfə artıb və bunun nəticəsində ölkənin dünya bazarında payı 8 faizdən 24 faizədək yüksəlib. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın analoji göstəricisi 27 faiz təşkil edir.

Çin alternativ enerjiyə yatırılan investisiyalara görə ABŞ-ı xeyli qabaqlayaraq sahənin inkişafına 61 milyard dollar xərcləyib, halbuki ABŞ ekoloji enerji mənbələrinə cəmi 29 milyard dollar sərf edib. Hesabat müəlliflərinin sözlərinə görə, elm və texnologiyaların inkişafında dünya lideri olan ABŞ 2013-cü ildə bu sahədə öz mövqeyini itirməkdə davam edib.

Asiyanın iqtisadiyyatı inkişaf etmiş nəhəng ölkələri birlikdə ABŞ ilə müqayisədə daha çox elmi tədqiqat və təcrübi-konstruktor işləmələri həyata keçirib. İlk növbədə bu sahədə Çin və Cənubi Koreya uğur qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə