Cənubi Koreyanın İnçhon şəhərində robotlara həsr edilmiş tematik park tikiləcəkdir. Burada Amerika attraksionları, akvapark, içərisində üzən robot balıqlar olan okeanarium yerləşəcək. Ziyarətçilər hərəkət edən nəhəng heykəlləri izləyəcəklər. Yaxınlıqda, həmçinin elmi tədqiqat mərkəzi olacaq.
Parkın tikintisinin 2016-cı ilədək başa çatdırılacağı gözlənilir. Layihənin dəyəri 625 milyon dollar məbləğində qiymətləndirilir. Layihə müəlliflərinin sözlərinə görə, bu, robotlara həsr edilmiş dünyanın birinci parkı olacaq. Onun sahəsi 1,3 milyon kvadratmetr təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB