Noutbukunuzun üzərinə su və ya çay tökmüsünüzsə, aşağıdakıları etməyiniz məsləhətdir:
1. Noutbukunuzu quru salfetlə silmək.
2. İçərisindən qalmış suyun çıxması üçün kalviaturanı daxilə tərəf sıxmaq. Noutbuku silkələmək də olar. Bunun effekti daha yaxşı olacaq və su içərisindən tezliklə çıxacaq.
3. Batareyanı çıxarmaq.
4. Noutbuku təxminən bir gün qurumaq üçün münasib bir yerə qoymaq.
Bütün bunları etdikdən sonra noutbukunuz açılmırsa, onu servisə aparın. Ancaq yenə də siz özünüz hər şeyi etmək istəyirsinizsə, onda aşağıdakıları edin:
1. Noutbuku sökmək və bütün plataları fenlə qurutmaq. Bütün tellərin yerində olmasını yoxlayın. Sonra bir gün bu vəziyyətdə saxlayın, imkan verin tam qurusun. Bundan sonra kompyuteri işlətməyə çalışın.
2. Əgər noutbuk açılmırsa, onda su ana plataya tökülüb deməkdir. Platanı çıxarmaq lazımdır. Sonra silmək və qurutmaq. Kontaklarda oksidləşmə olub-olmadığını dəqiq yoxlayın. Əgər varsa, onları xüsusi maye ilə təmizləyin. Bundan sonra platanı yenidən öz yerinə qoyub bütün kontakları yenidən lehimləmək lazımdır. Bunu isə yaxşı bacarmaq lazımdır. Noutbuk soyuyandan sonra işlədin.
3. Əgər yenə də işləmirsə, deməli problem hansısa detalın tam sıradan çıxmasıdır. Bu addımlar noutbukunuzu xilas etmədisə onu mütləq servisə aparmaq lazımdır. Servisdə noutbuk üzərində hansı əməliyyatlar apardığınızı söyləyin. Bu onun təmiri prosesisini sürətləndirəcək.
Əgər siz noutbukunuza kofe və ya şirə tökmüsünüzsə, onda onun yaşamaq şansı 0-a bərabərdir. Çünki bunlar yapışqan maddələrdir, bütün platalar dərhal yanır və sizi ancaq servis xilas edə bilər. Orda da sizə yanmış platanı dəyişməklə yardımçı olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB