ABŞ-ın İndianapolis şəhərində yaşayan Latoya Ammons 200-ə yaxın ruhla eyni evdə yaşadığını deyib. SİA xarici mətunata istinadən xəbər verir ki, hadisə barədə polisə, kilsəyə və sosial xidmət səlahiyyətlərinə məlumat verən 3 uşaq anası 2011-ci ilin noyabr ayından etibarən evində ruhların gəzdiyini iddia edib. Müəyyən vaxtlarda ruhların onun uşaqlarının bədəninə girib onları idarə etdiyini söyləyən Ammons, artıq evində qala bilmədiyini bildirib: "Gecələr ayaq səsləri, qapı cırıltısı eşidirdik. Son 6 ayda isə artıq onları görməyə başlamışıq. Dəli olmamaq üçün evdən köçməyə qərar verdik".
Ammonsun ruhlardan xilas olması üçün dualar oxunub, alnına xaç suyu çəkilib.
Evə baxış keçirilərkən, ruhlar polislər və rahibələr tərəfindən də görülüb. Evin "Travel Channel" adlı televiziya kanalının "Ghost Adventures" (Qarabasma Maceraları) adlı proqramında göstərilməsi üçün Ammonsa 35 min dollar ödənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB