Ten çəkərkən bunlara diqqət edin MARAQLI

Ten çəkərkən bunlara diqqət edin MARAQLI

Maye tonal krem: Hansı rəngdəni istifadə eyməyinizdən asılı olmayaraq maye tonal kreminiz göz qapağının üstünə mütləq tətbiq olunmalıdır. Maye tonal kreminiz yoxdursa, toz pudra da istifadə edə bilərsiniz.

Gözünüzlə eyni rəngdə ten: Əsla bunu etməyin. Bunun yerinə gözlərinizi ön plana çıxardacaq rənglərdən istifadə edin. Məsələn: qəhvərəngi gözlərinizə göy rəngli tendən istifadə edə bilərsiniz.

Diqqətə çarpan və sərt ten xəttləri: Cəsur bir görünüş istəyə bilərsiniz, lakin onlar yalnız nümayişlərdə gözəl görünər. Bunun əvəzinə rəngləri qarışdıraraq, xoş və yumşaq bir ten əldə edin.

Laynersiz olmaz: Göz teniniz nə qədər gözəl olsa da, mütləq laynerə ehtiyac var. Layneri az miqdarda kirpik diblərinizə çəksəniz kifayət edər.

Nəyin gözəl göründüyünü bilməmək: Ten çəkmək şəkil etmək kimi, yaradıcılıq istər. Bunu edərkən gözlərinə uyğun gələcək rəngləri seçməli və gözlərin ön plana çıxması üçün dodaq boyanızın daha tünd tonundan istifadə etməlisiniz. Ayrıca teninizi seçərkən dəri rənginizə də diqqət edin.

Bütün xəbərlər Facebook səhifəmizdə