Yaponiyada 70 milyon il əvvəl yaşamış tısbağa başı tapılıb

Yaponiyada 70 milyon il əvvəl yaşamış tısbağa başı tapılıb

Yaponiyada 70 milyon il əvvəl yaşamış dəniz tısbağasının daşlamış başı tapılmışlar. Cüzi dəyişikliyə uğramış baş, dünyada ilk belə tapıntı hesab olunur.

Yaponiyanı qərbində yerləşən daşlamış ərazidə axtarış aparan həvəskar tədqiqatçı tısbağa başını Hyoqo prefekturasının Sumoto şəhərində beş il bundan əvvəl aşkar edib. O, tapıntının tabaşir dövrünə aid qatda tapdığını bildirib.

Alimlər başın qalın dərili tısbağaya məxsus olduğunu müəyyən ediblər.

Yaponiya Vaseda Universitetinin professoru Ren Hirayama bildirib ki, bu qiymətli tapıntı alimlərə dəniz tısbağalarının yaşayış tərzini, nə ilə qidalandığını müəyyən etməyə kömək edəcək. Başın daşlaşması isə təkamül prosesini öyrənmək baxımından faydalı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə