Kanada alimləri müəyyən ediblər ki, psixi pozğunluqların müalicəsi üçün tətbiq edilən tioridazin insan orqanizmində sağlam hüceyrələrə ziyan vurmadan xərçəng hüceyrələrini məhv edə bilir. Bu dərman ona görə nadir vasitə sayılır ki, o, gələcəkdə xəstəliyin təkrarlanmasının mümkünlüyünü istisna edir. Hazırda geniş istifadə olunan məşhur müalicə vasitələrindən heç biri belə bir zəmanət verə bilmir.
Kimyəvi üsulla müalicə vasitələri xərçəng hüceyrələri ilə yanaşı orqanizmin sağlam hüceyrələrini də məhv edir ki, bu da qan azlığına, saçların tökülməsinə, ürəkbulanmaya səbəb olur.
Alimlər artıq klinika şəraitində tioridazinin sınaqdan keçirilməsinə başlamaq niyyətindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB