“Facebook”un ölüm tarixi məlum olub

“Facebook”un ölüm tarixi məlum olub

Açıldığı gündən bu yana sürətlə artan, hətta bütün dünyanı dəyişdirən "Facebook" sosial şəbəkəsinin ölüm tarixi məlum olub. SİA-nın xəbərinə görə, illik 4,27 milyard dollar gəlir əldə edən Mark Zuckerberqi dünyanın ən gənc milyarderləri arasına salan "Facebook" aparılan araşdırmalara görə yolun sonuna gəlib.

"Facebook"un sonunu gətirən vəziyyət isə son zamanlar yayılan hesabatlardır. Belə ki, Princeton Universitetinin professorlarından olan Strategi Labs tərəfindən yazılan hesabatda "Facebook"un 2010-cu ildən bu günə qədər 11 milyon gənc istifadəçisini itirdiyi bildirilib.

Araşdırmalara görə, "Facebook" sosial şəbəkəsi 2015-2017-ci illərdəki üzv sayının yüzdə 80 faizini itirəcək. Eyni zamanda 2008-2012-ci illərdəki istifadəçilərin sayında çox böyük artım müşahidə olunan sosial şəbəkədə bu il azalma müşahidə olunacaq. Bir sözlə, professorlar "Facebook"un 2020-ci ildə sonunun gələcəyini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə