BMW - sözünün açılışı "Bayerischen Motoren Werke" olan firma Birinci Dünya Müharibəsi illərində təyyarə mühərrikləri istehsal edib. 1923-cü ildə istehsal olunmağa başlayan "R 32" markanın ilk motoskleti olub. BMW markasına sahib ilk avtomobil olan "Dixie" isə 1929-cu ildə satışa buraxılıb. Mavi-ağ rəngli loqoya 1917-ci ildən bu günə qədər heç bir ciddi müdaxilə olunmayıb.
Nokia - ilk istehsalı kağız sənayesi üçün ağac xəmiri hazırlamaq olan "Nokia" adı Finlandiyanın Nokia şəhərindən götürülüb.
Wolkswagen - Dünyanın ən müvəffəqiyyətli avtomobil şirkətlərindən biri olan "Wolkswagen" "Almaniyanın xalqın avtomobili" mənasını verir. İstehsalı üçün Hitler şəxsən əmr verib.
Adidas – bu ad markanın yaradıcısı olan Adolf Dassin ifadəsinin qısaldılmış formasıdır. "Adi" olaraq tanınan Adolf ilk olaraq ayaqqabı istehsalına başlasa da daha sonra idman üçün müəyyən ləvazimatlar hazırlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB