İnternet Allahın hədiyyəsidir?

Roma Papası Fransisk interneti Allahın hədiyyəsi və əsl xeyirxahlıq təcəssümü adlandırıb. Papa Ümumdünya Sosial Kommunikasiya Günü münasibətilə kilsə dindarlarına müraciətdə bu bəyanatla çıxış edib.

Papa Fransisk, həmçinin bildirib ki, internetdə problemlər də var. Pontifikin sözlərinə görə, informasiyanın internetdə yayılma sürəti çox vaxt onun düzgün qiymətləndirilməsi və başa düşülməsində insan qabiliyyətini xeyli ötür. İnternetdən çox vaxt problemlərdən yaxa qurtarmaq, özünü cəmiyyətdən təcrid etmək məqsədilə istifadə edilir.

Bununla belə, bütün bunlar sosial şəbəkələrdə ünsiyyət qurmaqdan və kommunikasiya növlərindən imtinaya səbəb olmamalıdır. Bundan əvvəl Fransiskin sələfi XVI Benedikt də sosial şəbəkə və interneti təqdir edib.

Bütün xəbərlər Facebook səhifəmizdə