Toz və su keçirməyən planşet…

"Bett 2014" təhsil texnologiyalarının sərgisi çərçivəsində "Intel" şirkəti "Intel Education Tablet" yeni məktəb planşeti və "Intel Classmate PC" netbukunu təqdim edib. Aparatların konstruksiyası möhkəmdir, toz və su keçirmir.

"Intel Classmate PC" netbuku "Intel Celeron N2806" prosessoru ilə təchiz edilib. Aparat "Windows 8.1" əməliyyat sistemi ilə işləyir. Sensor ekranlı qurğu fırlanan kameraya malikdir. Əməli yaddaşın həcmi 4 qiqabayt təşkil edir.

Planşet "Android 4.2" platforması ilə işləyir, "Intel Atom Z2520" ikinüvəli prosessoru ilə təchiz edilib. Stilus nəzərdə tutulub. 10 düymlük ekranın təsvir ölçüsü 1280x800 piksel təşkil edir, qurğu 1,2 və 5 meqapiksellik kameralarla təchiz edilib. Planşet "3G" şəbəkələrini dəstəkləyir. Yeni qurğuların avtonom iş vaxtı 12 saat təşkil edir ki, məktəblilər ondan bütün günü istifadə edə bilsinlər. Əməli yaddaşın həcmi 2 qiqabat, daşıyıcıda isə 32 QB təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə