Oturaq həyat hansı xəstəliyə səbəb olur?

Oturaq həyat hansı xəstəliyə səbəb olur?

Təqdiqatçılar bildirirlər ki, oturaq həyat keçirən yaşlı insanlarda ürək çatışmamazlığı riski daha yüksək olur. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.

Araşdırmada 45-69 yaşlarını əhatə edən 82 min kişi iştirak edib. Belə ki, iş saatından sonra daim oturaq həyatı keçirən iştirakçılarda ükək çatışmazlığı riskinin daha çox olduğu müəyyənləşib.

Alimlər qeyd ediblər ki, ürək çatışmazlığına səbəb qanın ürək əzələlərinə düzgün dövran etməməsidir.

"Bir çox insan üçün ən yaxşı vasitə idman zallarına getməkdir ki, bu vəziyyətdə ondan istifadə etməmək də olar. Ən yaxşı üsul gün ərzində 30 dəqiqə tez-tez yeriməkdir"- deyə araşdırmaçılar vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə