Ruslar 25 dərəcə şaxtada suya girdilər FOTO

Ruslar 25 dərəcə şaxtada suya girdilər FOTO

Rusiyanın paytaxtı Moskvada Ortodoks xristianlar günahlarından təmizlənmək üçün mәnfi 25 dərəcədə suya giriblәr. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, Ortodoks xristianlar tərəfindən hər il Həzrəti İsanın vəftiz edildiyinə inanılan 18 yanvar gecəsi suya girmə mərasimləri, gecə başlayıb səhərə qədər davam edir.

Paytaxt Moskvadakı göldə yaradılan xüsusi hissədə toplanan minlərlə insan, günahlarından təmizlənәcәklәrinә inanaraq, mənfi 25 dərəcə şaxtada suya girib. Mərasim, din xadimlәrinin duasından sonra başlayıb. Axşam saatlarından etibarən gölə gəlməyə başlayan moskovalılar, sırayla buz kimi suya giriblәr. Vətəndaşların suya girdiyi yerlərdə dalğıclar da hazır olub. Mərasimə, hәr yaşdan insan qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə