Bosniyanın kiçik Bosanska-Dubitsa şəhərciyindəki Xalq kitabxanasının əməkdaşları deyəsən bütün dünyada şöhrət qazanmaq şansı əldə ediblər.
Serbiyanın "B92" kanalı xəbər verir ki, kitabxana işçilərinin dediklərinə görə, XX əsrin ən məşhur rəssamlarından biri olan Pablo Pikassonun əsəri artıq uzun illərdir ki, burada gizli saxlanılır.
Əlbəttə, ekspertlər hələ əsərin orijinal olub-olmadığını müəyyənləşdirməlidirlər, çünki rəsmdə imza yoxdur, yalnız onun yaranma tarixi vardır. Lakin işçilər haqlı olduqlarına şübhə etmirlər.
Onların sözlərinə görə, rəsmi onlara xalq qəhrəmanı Boşko Şileqoviç verib. O, bu əsəri 1964-cü ildə Parisdə şəxsən rəssamın özündən hədiyyə qəbul edib.
Rəsm keçən əsrin 80-ci illərinin sonundan kitabxananın seyfində saxlanılır: onun təhlükəsizliyini təmin etmək üçün əməkdaşların texniki imkanları olmadığından onu sadəcə burada gizlədiblər.
"Rossiya 24" televiziya kanalı xəbər verir ki, ekspertiza əsərin orijinal olduğunu təsdiqləsə, onu ictimaiyyətə təqdim edəcəklər: beləliklə, böyük ispan rəssamı özü də bilmədən bu kiçik Bosniya şəhərciyini məşhurlaşdıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB