Dənizdəki balıqlar dondu

Norveçdə qeyri-adi hadisə yaşanıb. SİA-nın xarici mətbuata istiandən verdiyi xəbərə görə, Norveçdə havaların həddindən artıq soyuq olması dənizlərdəki balıqları da dondurub. Belə ki, norveçli İngolf Kristinsen, Lovund sahillərində gəzərkən dənizdə balıqların donduğunu görüb və tez onların şəkillərini çəkib. Daha sonra sözügedən fotoları ölkənin bütün qəzetlərinə paylayaraq bu sözləri söyləyib: "Həyatımda dənizin donduğunu görsəm də, balıqların donduğunun şahidi olmamışam. Düşünürəm ki, dənizdəki donma tez baş verdiyi üçün balıqlar axıntıyla qoşulub xilas olmağa vaxt tapmayıblar".

Lakin Norveç Dəniz Araşdırma İnstitutu da baş verənlərə aydınlıq gətirib: "İki il əvvəl də balinalar balıq sürülərini qovaraq sahilə vurmuşdular. Bununla da minlərlə balıq ölmüşdü. İndi də gördüyümüz mənzərə digərinin eynisidir".

Qeyd edək ki, ölkənin bəzi yerlərində havanın temperatoru mənfi 26 dərəcədir.

Bütün xəbərlər Facebook səhifəmizdə