Vahid süni beyin yaradılıb

"BBC" korporasiyasının yaydığı məlumata əsasən, alimlər robotlar üçün "RoboEarth" xüsusi kompyuter şəbəkəsi yaradıblar.

Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihə üzərində "Philips" şirkəti və Avropanın 5 universiteti işləyir. Əsas məqsəd robotlar üçün xüsusi şəbəkənin – vahid süni beynin yaradılması olub. Layihənin rəhbəri Rene van de Molenqraft deyib ki, robotlar sözügedən şəbəkədə məlumat mübadiləsi aparmaqla bir-birindən öyrənə bilərlər.

İdeyanın əsasını "bulud" serverinin yaradılması təşkil edir, insanlar və robotlar oraya istənilən informasiya yerləşdirəcəklər və bundan sonra sonuncu qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün ondan istifadə edə biləcək.

Layihənin yaradıcıları xüsusi yaradılmış xəstəxana palatası nümunəsində sınaqlar həyata keçirmək niyyətindədirlər: robotlar "xəstə"lərə içki verməklə onlara qulluq etməli olacaqlar. Sınaqda dörd robot iştirak edəcək. Onlardan biri palatanın sxemini şəbəkəyə yükləyəcək ki, digərləri ondan istifadə edərək otaqda hərəkət edə biləcəklər.

İstehsalçılar ümid edir ki, yeni sistemdə işləyə bilən robotlar 10 il sonra satışa çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə