Pis fikirlərdən necə azad olaq?

Amerika və ispan mütəxəssis və psixoloqları pis fikirlərdən azad olmağın effektiv üsulunu müəyyən ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mütəxəssislər ABŞ-da və İspaniyada tələbə və şagirdlərin iştirakı ilə təcrübə aparıblar. Təcrübə zamanı könüllülər öz xarici görünüş və qidaları haqqında fikirlərini kağıza yazıblar. Bir qrup iştirakçılar öz qeydlərini saxlayıb, digər qrup isə fikirləri əks olunan qeydləri cırıb atıb.

Təcrübənin nəticəsi olaraq alimlər belə bir qənatə gəliblər ki, pis fikirlərin əks olunduğu yazılının sonradan məhv edilməsi, insanı psixoloji stres və narahatlıqlardan azad edir.

Mütəxəssislər onu bildiriblər ki, yaxşı fikirlərin kağıza yazılıb saxlanması və tez-tez oxunması insana müsbət təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə