Cənubi Afrikada Respublikasında "Rəqəmsal kənd" yaradılıb. Bu, Yohannesburq şəhərinin yaxınlığında yerləşən Midrand kəndində günəş enerjisini elektrik enerjisinə çevirən böyük bir kompleksin işə salınması sayəsində mümkün olub.
Belə komplekslər artıq Afrika qitəsinin 19 ölkəsində fəaliyyət göstərir. Bunun vasitəsilə ucqar əyalətlərdə yaşayan əhali səhiyyə və təhsil sahələrinə çıxış əldə edə bilir. Yeni "Rəqəmsal kənd"də 24 şagird üçün nəzərdə tutulmuş məktəb var. Burada kompyuterlər daim internetə qoşulu vəziyyətdədir.
Məktəbin şagirdi Lefa Makqato kasıb rayonda anadan olduğunu, orda heç bir uşağın, ümumiyyətlə, kompyuter görmədiyini deyir. Bu məktəbdə çox şeyi - kompyuterdən istifadə etməyi, məktub yazıb, mesaj göndərməyi öyrəndiyini qeyd edən Lefa universitetə qəbul olunmaq üçün ərizə göndərə bildiyi üçün məktəbə minnətdarlığını bildirir.
Günəş batareyalarının işə düşməsi ilə kənddə tibb mərkəzi də açılmışdır. Müəssisədə, həmçinin həkim məsləhəti almaq, dünyanın hər yerindəki mütəxəssislərlə video-əlaqə yaratmaq mümkün olacaq. Yaxın günlərdə kənddə polis məntəqəsi və poçt xidməti də fəaliyyətə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB