Məşhur aktyor restoran sahibi ilə qalmaqal yaşadı

Məşhur aktyor restoran sahibi ilə qalmaqal yaşadı

Məşhur fransız aktyoru Jerar Depardye İtaliyada restoranların birində qalmaqal yaradıb. SİA-nın məlumatına görə, öz ölkəsində vergi ödəməmək üçün Rusiya vətəndaşlığını qəbul edən 65 yaşlı aktyor Leççe şəhərindəki mənzilinin yaxınlığında yerləşən restoran sahibi ilə münaqişə edib.

Depardye restoran sahibinə səs-küyün onun istirahət etməsinə maneçilik törətdiyi ilə bağlı şikayət edib. Sakit olmaq tələbinin yerinə yetirilmədiyini görən Depardye səs-küy salan müştərilərin üzərinə su töküb. Restoran sahibi polis çağırmaq məcburiyyətində qalıb. Belə ki, polis Mordovanın mədəniyyət və turizm nazirinə xəbərdarlıq edib. Bildirilib ki, əgər aktyor bu kimi əməllərdən əl çəkməzsə, məsuliyyətə cəlb oluna bilər.

Deyilənlərə görə, artıq uzun muddətdir ki, aktyorla restoran sahibi arasında xoşgəlməyən münasibətlər var. Belə ki, aktyor ona edilən xəbərdarlığa önəm verməyərək avtomobilini müəssisənin qarşısında saxlayırmış.

Bütün xəbərlər Facebook səhifəmizdə