Uruqvayda qeyri-adi hadisə baş verib. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, Punta-del-Este kurort şəhərciyində dincələn fransalı turist pullarını küçəyə səpib.
Belə ki, fransalı turist öz doğum günündə kazinoların birində nə az, nə çox düz 30 min dollar pul udub. Bundan sonra o, kurort şəhərciyinin ən məşhur publarından biri sayılan "Mobi-Dik" əyləncə mərkəzinə yollanıb.
Kazonodan əldə etdiyi 30 min dolları ad günü şərəfinə balkondan yerə səpən turist ətrafdakı insanlara bəxşiş yağdırıb. Əyləncə mərkəzinin xadiməsi bildirib ki, fransalı turistin küçəyə səpdiyi pullardan 3 min dolları ona qismət olub. Lakin maraqlısı da bundan sonra baş verib. Turist pulları havaya sovurduqdan sonra əlini cibinə salarkən, hətta yaşadığı otelə qayıtmaq üçün taksi pulu belə tapmayıb. Ancaq onun səxavətini dəyərləndirən ətrafdakı insanlar fransalıya taksi tutub, onu öz otelinə geri dönməyə şərait yaradıblar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB