“Mançester Yunayted” klubunun futbolçusu şənliyə intiharçı-terrorçu geyimində gəlib

“Mançester Yunayted” klubunun futbolçusu şənliyə intiharçı-terrorçu geyimində gəlib

İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Kris Smollinq uğursuz seçiminə görə üzr istəyib: futbolçu karnavala boynundan partladıcı qurğu asılmış, intiharçı-terrorçu geyimində gəlib. Əvvəllər Britaniya KİV-lərində idmançının bu geyimdə getdiyi şənlikdə çəkilmiş fotoşəkilləri dərc olunub.

"Sky sports" televiziya kanalı bildirir ki, Smollinqin geyimi ərəb ölkələrində kişilərin populyar baş örtüyündən, bədənə bərkidilmiş elektronikadan, məftillərdən və mobil telefondan ibarət olub. Məftillər "Jagermeister" likör şüşələrinə və "Red Bull" bankalarına birləşdirilmişdi.

Futbolçunun menecerləri izah etmişlər ki, o, "Yaqer Bomb" kokteylini təsvir etməyə çalışıb.

Bəyanatda deyilir ki, Smollinq öz geyiminin necə reaksiya doğurduğunu başa düşür və öz seçimi ilə kimlərinsə xətrinə dəyməsindən təəssüflənir.

Bütün xəbərlər Facebook səhifəmizdə