Vaşinqton Universitetinin Sağlamlığın göstəricisi və dəyərləndirilməsi İnstitutunun araşdırmaçılarının məlumatına görə, 2012-ci ildə 187 ölkədə yaşayan hər 967 milyon adam hər gün siqaret çəkib. Xarici mətbuata istinadən SİA məlumat verir ki, alimlər müəyyən ediblər ki, dünyada hər gün 10 kişidən 3-ü (31 faiz) və 20 qadından biri (6 faiz) siqaret çəkir.
Qeyd edək ki, məlumata görə, tütün məmulatların istifadənin yayılmasına görə lider ölkə Şərqi Timurdur, burada hər gün əhalinin 61 faizi siqaret çəkir. İkinci yerdə İndoneziya, sonra Kiribati gəlir. Bu "qara siyahı"da dördüncü Ermənistandır, ardınca Papua-Yeni Qvineya gəlir. Daha az siqaret istifadəçiləri isə Antiqua və Barbuda adalarındadır (5 faiz), sonra San-Tome, Prinsipi, Nigeriya, Efiopiya və Qana gəlir. Daha sonra bu məlumatda bildirilir ki, 1980-ci ildə isə dünyada 721 milyon siqaret çəkən olub.
Alimlərin fikrincə, siqaret çəkənlərin sayının artması son 50 ildə Yer kürəsinin əhalisinin sayının çoxalması ilə bağlıdır. Araşdırmanın nəticələri göstərir ki, bir sıra böyük ölkələrdə, o cümlədən Banqladeş, Çin və Rusiyada son illər adamlar daha çox siqaret çəkirlər. Lakin onu da qeyd edək ki, bu ölkələrdə ictimai yerlərdə siqaret çəkilməsi qadağan olunub. Siqaret çəkmək isə ən çox inkişaf etmiş ölkələrdə yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB