Başqasına kömək üçün biznesini satışa çıxarıb

Başqasına kömək üçün biznesini satışa çıxarıb

ABŞ-ın Texas ştatında "Kaiserhof" alman restoranının sahibi ofisiant qadınlardan birinə çox bahalı tibbi xidmətin haqqını ödəməkdə kömək etmək üçün biznesini satışa çıxarıb.

On doqquz yaşlı ofisiant Britani Matisin başında şiş aşkarlanıb. Onun atası da bir neçə il əvvəl bu xəstəlikdən dünyasını dəyişmişdirib. Britaninin müalicə üçün lazımi məbləği ödəmək imkanı olmadığından restoranın sahibi Maykl de Bayer ona kömək etmək qərarına gəlib.

O, on yeddi il sahiblik etdiyi, 560 kvadratmetr sahəsi olan restoranı iki milyon dollara satır. Satışdan sonra bütün pullar Britani Matisin tibbi xidmət borclarının ödənilməsi və müalicəsi üçün köçürüləcək.

Tibbi sığorta probleminin aktual olduğu Amerikada bu, qeyri-adi hadisədir və vətəndaşların bir-birlərinə xeyirxahlığını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə