Alimlər qadınların vaxtından əvvəl qocalmalarının səbəblərini açıqlayıblar
Alimlər qadınların vaxtından əvvəl qocalmalarının səbəblərini açıqlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, elm adamları düşünürlər ki, bəzi qadınlar nəticəsini düşünmədən qeyri- sağlam həyat tərzi yaşayırlar. Onlar düşünürlər ki, qadınların müntəzəm qidalanmaması, yarımhasil, fastfud yeməklərinə üstünlük vermələri, salyari qəbul etmələri və gecə həyatı sürürmələri onların gözəl və cavan qalmalarına mane olur.
Ekspertlər araşdırma apararaq, hansı vərdişlərin qadınları vaxtından tez qocaltdığını və sağlamlıqlarına mənfi təsir etdiyini müəyyən ediblər.
Belə ki, düzgün qidalanmamaq, normal yatmamaq, siqaret çəkmək, alkaqollu içkilərdən istifadə etmək, pəhriz saxlamaq, çox qəhvə və salyari qəbul etmək qadınların tez, vaxtından əvvəl qocalmasına gətirib çıxaran əsas amillərdən hesab olunur.
Qadınların gözəlliklərinə mane olan vərdişlər sırasına evdarlıq da daxildir. Evdar qadınların əksəriyyətində ürək-damar xəstəlikləri aşkar olunur. Alimlər hesab edirlər ki, evdar qadınlar mütləq istirahət etməlidirlər.
Bir sözlə, alimlər düşünürlər ki, qadınlar gözəl və sağlam qalmaq istəyirlərsə, həyat tərzlərinə mütləq şəkildə fikir verməli və pis vərdişlərdən uzaq olmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB