QOÇ - Tanrının qüdrətini duymaq üçün gözəl vaxtdır. Tövbə etmək, nəzir vermək, xeyirxahlıq etmək, yaxud da sadəcə, ziyarətə getmək əsəblərinizi xeyli sakitləşdirə bilər. Bundan maksimum yararlanın.
BUĞA – Qarşınızda ayın ən uğurlu günlərindən biri durur. Bu səbəbdən də verilmiş imkanlardan istifadə edin. Günün ilk yarısında qazanmaq ehtimalınız da var. Hər hansı düşmənçilikdən çəkinin.
ƏKİZLƏR - Təxminən saat 15-ə qədər ümumi ovqatınızda gərginlik müşahidə oluna bilər. Bu səbəbdən də həmin ərəfədə riskli işlərin həllini təxirə salın. Sonrakı müddət qismən sakit keçəcək.
XƏRÇƏNG - Əgər fəaliyyətlə bağlı ciddi bir işiniz yoxdursa, günün əsas hissəsini gəzinti və qonaqlıqlarda keçirin. Sevən aşiqlərsə mütləq görüşə çıxmağa çalışmalıdır. Bəxtinizə inanın.
ŞİR - Ulduzların düzümü şəxsi büdcənizi artırmaq üçün geniş imkanlarınızın olduğunu bəyan edir. Ələlxüsus da çoxdan bəri ala bilmədiyiniz məbləği əldə etmək üçün fəallaşmalısınız.
QIZ - Son zamanlar az qala hamı fikirlərinizə qarşı çıxır. Lakin narahatçılığa heç bir əsas yoxdur. Çünki nahardan sonra hərəkətlərinizdə əsasən haqlı olduğunuzu çoxları hiss edəcək.
TƏRƏZİ – Qarşınızda duran bu təqvim sizin üçün çox uğurlu keçməlidir. İstər əməkdaşlıq zəminində və işgüzar sövdələşmələrdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq.
ƏQRƏB - Çoxdan görüşmədiyiniz adamlarla rastlaşa bilərsiniz. Amma çalışın ki, onlara giley-güzardan yox, sevindirici məqamlardan danışasınız. İndi problemi danışmaqla həll etmirlər.
OXATAN - Əsas gücünüzü sevgi amilinə yönəldin. Çünki bu gün yeganə rahatlığı məhəbbətdə tapacaqsınız. Ünsiyyətdə olduğunuz digər insanlarla isə ciddi mübahisələriniz gözlənilir.
OĞLAQ – Səhhətinizi kontrolda saxlasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Fəaliyyət zəminində isə bir neçə yeniliyin şahidi olacaqsınız. Yeni təkliflərlə razılaşın.
SUTÖKƏN - Bəri başdan yeni və sevindirici xəbərlərə hazır olun. Yaxın ünsiyyətdə olduğunuz şəxslərlə münasibətləri mülayimləşdirin. Dara düşən simsarlarınıza, dostlarınıza yardım əlinizi uzadın.
BALIQLAR - Dünən axşamdan mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, rastlaşdığınız hadisələr ovqatınızın mənfi müstəviyə yönəlməsinə imkan verməyəcək. Yanvarın bütün planlarını məhz bu gün tutmalısınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB