Çeçenistan Muxtar Respublikasının prezidenti Ramazan Kadırov itkin düşmüş iti "Tarzan"ı tapıldığı üçün öz sevincini facebook səhifəsinde paylaşıb. SİA-nın məlumatına görə, Ramazan Kadırovun iti "Tarzan"a hələ tam qovuşmasa da, facebook səhifəsində bildirib ki, iti əvvəlcə Qroznıda, daha sonra Ulan-Martanda görüblər. Sonra isə bildirilib ki, hazırda İnquşetiyada onu başqa bir itlə dəyişdiriblər. Ramzan Kadirov iti gətirmələri üçün hazırda bir qrup köməkçisinin artıq İnquşetiyaya yollandığını da bildirib.
Qeyd edək ki, bir həftə əvvəl Ramazan Kadırov Qafqaz avçarkası cinsindən olan itini tapan şəxsi mükafatlandıracağını da bildirmişdi.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB