Çəkisi 5 ton olan “Əjdaha” motosiklet…

Çəkisi 5 ton olan “Əjdaha” motosiklet…

"Ginnesin rekordlar kitabı"nın nümayəndələri rəsmən dünyanın ən böyük motosikletin adını qeyd ediblər.

Bu, Fabio Reggianinin istehsalı olan "Regio Design XXL Chopper" motosikletidir. Nəhəng nəqliyyat vasitəsinin uzunluğu 9,8 metr, hündürlüyü 4,9 metr, eni 2,5 metr, çəkisi 5 tondan çoxdur.

Onun 5,7 litrlik 8 silindrli mühərrikinin gücü isə 280 at gücünə bərabərdir. Model 2 təkər üstündə sərbəst dura bilmədiyindən arxaya əlavə təkər cütü artırılıb. Motosikletin yığılması 7 ay çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə