Misirdə üzərində 6 min il bundan əvvəl çəkilmiş təsvirlər olan daş tapılıb

Misirdə üzərində 6 min il bundan əvvəl çəkilmiş təsvirlər olan daş tapılıb

Qahirədəki Amerika Universitetinin arxeoloqları Luksordan təqribən 175 kilometr qərbdə üzərində hörümçək və hörümçək toru qayaüstü təsvirləri olan daş aşkar etmişlər. Alimlərin fikrincə, onun mənşəyinin kökləri eramızdan 4000 il əvvələ gedib çıxır.

İki yerə parçalanmış daşı alimlər əl-Xarqa vadisində dayaz qumsal dərənin qərb divarından tapıblar. Bu regionda VII əsrdə xristianlığın ilkin dövrünün Əl-Baqavat məzarlığı, həm də eramızdan əvvəl I minilliyin tarixi obyektləri var.

Alimlərin fikrincə, təsvirləri hörümçəklərə bənzətməkdə tələsmək lazım deyil. Bu, hələlik ilkin nəzəriyyədir. Alimlərin ikinci fərziyyəsi belədir ki, bu "hörümçəklər" əslində ulduzların, yaxud hörümçəklərin ələ keçirdiyi həşəratların, bitkilərin və ya müxtəlif dünya mədəniyyətlərinin mifoloji personajları ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə