Sumqayıtda hazırlanan nəhəng tort dekabrın 29-da kəsiləcək FOTO

Sumqayıtda hazırlanan nəhəng tort dekabrın 29-da kəsiləcək FOTO

Cənab Prezident İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıtda hazırlanan nəhəng tort dekabrın 29-də ictimaiyyətə təqdim olunacaq. Sumqayıt şəhər İcra Hakimiyyətindən (SŞİH) SİA-ya verilən məlumata görə, buna səbəb tortun hələ tam olaraq hazır olmamasıdır. Məlumatda o da bildirilib ki, bu dəfə şəhər rəhbərliyi sumqayıtlıları təkcə torta yox, eləcə də paxlavaya qonaq edəcək.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin (SŞİH) qarşısında 14 gündən artıqdır nəhəng çadır qurulub. Çadırda şirniyyatın hazırlanması prosesi gedir. Məkan polis əməkdaşları tərəfindən ciddi mühafizə edilir, ora kənar şəxslər buraxılmır. Bu il tortun ölçüsü Prezidentin yaşına uyğun olaraq artacaq. Yəni bu il 52 metr uzunluğunda tort hazırlanacaq.

Builki 52 metrlik tortun çəkisi 12 tona yaxın olacaq. Tortun hazırlanması üçün 25 minə yaxın yumurtadan, 2 tondan çox undan, 2 ton şəkərdən, 300 kiloqramdan çox qozdan istifadə ediləcək.

Qeyd edək ki, bu gün cənab Prezident İlham Əliyevin 52 yaşı tamam olur.

Bütün xəbərlər Facebook səhifəmizdə