"Google"dan ən çox senzura tələb edən ölkələrin siyahısı açıqlandı
Sosial şəbəkələrdən biri olan "Google" hazırladığı "2013-cü il: Şəffaflıq Hesabatı"da ən çox senzura tələb edən ölkələrin siyahısını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, siyahıya əsasən "Google"dan ən çox senzura tələb edən ölkə Türkiyədir. Belə ki, cari ilin ilk altı ayında Türkiyəli səlahiyyətlilər sosial şəbəkədən 1673 məlumatın silinməsini tələb ediblər.
Hesabata görə, 2013-cü ilin ilk altı ayında "Google"dan 3486 məlumatın silinməsi tələb edən ölkələrin siyahısı belədir:
1. Türkiyədən 1673 tələb;
2. ABŞ 545 tələb;
3. Braziliya 321 tələb;
4. Rusiya 257 tələb;
5. Hindistan 163 tələb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB