Bu şəhərdə mühacirlərin sayı rekord səviyyəyə çatıb MARAQLI

Bu şəhərdə mühacirlərin sayı rekord səviyyəyə çatıb MARAQLI

Nyu-Yorkda yaşayan mühacirlərin sayı rekord səviyyəyə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat yayan Nyu York Bələdiyyəsi bildirib ki, şəhərdəki immiqrantların sayı ilk dəfə 3 milyonu keçib. Şəhərdə yaşayan immiqrantlar içində isə Dominik Respublikasından gələnlər üstünlük təşkil edir.

Bələdiyyə tərəfindən hazırlanan hesabata əsasən 2013-cü ildə Dominik Respublikasından Nyu Yorka gələnlərin sayı 180 min artaraq 380 minə çatıb. Hesabatda 2-ci yeri 350 min immiqrantla Çin, 3-cü yeri isə 300 min immiqrantla Meksika əsllilər tutub. Hesablamalara əsasən, immiqrantların Nyu Yorka artımı bu templə davam edərsə 5 il sonra şəhərdə ən izdihamlı immiqrant qrupunu çinlilər təşkil edəcək.

Qeyd edək ki, son statistikaya görə, hazırda sözügedən şəhərdə əhalinin sayı 9 milyondur.

Bütün xəbərlər Facebook səhifəmizdə